Şriftin ölçüsü :

Saytın rəngi :

41-ci Dünya Skaut Konfransının iştirakçıları Binəqədi rayonunun qonağı oldular.

12 avqust 2017 | 11:00

12-13 avqust 2017-ci il tarixlərində Dünya Skaut Komitəsinin Bakıda keçirilən 41-ci konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu çərçivəsində Xəzərin Binəqədi rayonunun inzibati ərazi vahidinə daxil olan sahillərində kamp düşərgəsi quran dünya skautlarının açıq məkan tədbirinə 120 ölkədən 300 nəfərə yaxın iştirakçı qatılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbir zamanı skautların 24 saat ərzində asudə vaxtlarını səmərəli şəkildə təşkil etmək üçün müvafiq şərait yaradılmışdır.Təşkil olunan düşərgədə qonaqları Binəqədi rayonunun fəal gəncləri qarşılayaraq onlara rayonun adından xatirə hədiyyələri təqdim etmişdir. Daha sonra qonaqlar nahara dəvət edilmişdir.Xəzərin sahillərində düşərgə quran skautlar bir neçə idman növü, Holi rəng festivalı kimi maraqlı tədbirlərdə iştirak etmişlər. Daha sonra tədbir musiqili-əyləncəli proqram ilə davam etmişdir.Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevral ayında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdür. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilmişdir.14-18 avqust 2017-ci ildə Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində 41-ci Dünya Skaut Konfransı keçirilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatıldığı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar iştirak edir.Qeyd edək ki, 2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

 

Keçidlər