Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbəsinin sakinləri arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirildi.

18 avqust 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi haqqında” 2017-ci il 2 iyun tarixli 130 №-li Sərəncamının icrasına uyğun olaraq vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 18 avqust 2017-ci il tarixdə Biləcəri qəsəbəsi Dəmiryolçuların mədəniyyət və istirahət parkında Biləcəri qəsəbəsinin sakinləri arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın nəticəsinə görə “Nərd” idman növü üzrə Füzuli Xəlilov I, Nəcməddin Şahbazov II, Asif Şirinov III yerə; “Şahmat” idman növü üzrə Raqif Qurbanov I, Telman Əhmədov II, Osman Tanrıverdiyev III yerə; “Dama” idman növü üzrə Samir Hüseynov I, Əbülfət Əliyev II, Nəriman Məmmədhüseynov III yerə layiq görülmüşlər.
Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühəndisi Osman Qasımov, 107 saylı MKİS-in sədri İlyas Əliyev iştirak etmişdir.

Keçidlər