Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda mütəmadi olaraq iməciliklər keçirilir

26 avqust 2017 | 11:00

Abadlıq və təmizlik gözəllikdir, mənalı istirahətdir. Bu isə zəhmət və diqqət tələb edir. Hər şənbə günü ənənəmizə sadiq qalaraq rayonun bütün qəsəbələrində, o cümlədən, Novxanı bağlar massivində kanal boyunca iməcilik işləri həyata keçirilir. Ötən şənbə günü də ünvanımız dəyişməz olaraq qalıb. Çünki, gördüyümüz işlərin qayəsində Siz sakinlərimizin istəyi, rahatlığı və məmnunluğu dayanır. Hamımıza düşən isə yaradılan təmizliyi qorumaqdır. Çünki, təmiz həyat, təmiz hava və yaşamaq deməkdir.
Unutmamalıyıq ki, biz "Mən varam, dünya var, mən yoxam, dünya yoxdur" prinsipi ilə yaşamamalı, dünyamızı gələcək nəsillərə tarazlı, təmiz, səliqə-sahmanlı ötürməliyik.

Keçidlər