Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edildilər

30 avqust 2017 | 11:00

30 avqust tarixində Binəqədi gəncləri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Mətanət Nəsibova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının əməkdaşları Rahil Şükürov, Natiq İsmayılov və ASAN könüllüləri Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələrinin evində oldular.
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlı və Emin Bağırovun ailələrini ziyarət edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdiklərini bildirdi, onların adının hər zaman xatırlandığı və uca tutulduğunu vurğuladılar. Sonra islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı münasibətilə onları təbrik etdilər, onlara can sağlığı, firavan həyat, bol ruzi arzuladılar.

Keçidlər