Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Qurban bayramı münasibətilə humanitar aksiya keçirildi

31 avqust 2017 | 11:00
30-31 avqust tarixlərində İslam dünyasının ən əziz bayramlarından sayılan Qurban bayramı münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıldı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə Binəqədi sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığını vurğulayaraq belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğunu qeyd etdilər. Qurban Bayramı münasibətilə ümumilikdə rayon ərazisində keçirilən humanitar aksiya çərçivəsində 1500-dən artıq ailəyə qurban əti paylanıldı.

 

Keçidlər