Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Xocasən qəsəbəsinin sakinləri arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birincilikləri keçirildi

29 avqust 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 29 avqust 2017-ci il tarixində Xocasən qəsəbəsinin ərazisində yerləşən “Veteranlar evi”ndə sakinlər arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirildi.
Yarışın nəticələrinə görə “Nərd” idman növü üzrə Qadir Mikayılov birinci, Natiq Babayev ikinci, Rəşid Məmmədov üçüncü yerə; “Şahmat” idman növü üzrə Mürşüd Qurbanov birinci, Zaur Ağakişiyev ikinci, Ağayar Məmmədov üçüncü yerə; “Dama” idman növü üzrə Anar Kərimov birinci, Zakir Ziləliyev ikinci, Məcid Səmədov üçüncü yerə layiq görüldülər.
Qaliblər Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov iştirak etdi.

Keçidlər