Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirildi

31 avqust 2017 | 11:00

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirildi.
Keçirilən görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, “İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə və ASAN könüllüləri iştirak etdilər.
İlk öncə ASAN könüllüləri Biləcəri bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verildi.
Daha sonra ASAN könüllüləri ilə görüş keçirildi. Görüşdə çıxış edən Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova bələdiyyələrdə yaradılmış “İctimai-humanitar” sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin “İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışdı.
Sonra Biləcəri bələdiyyəsinin “İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə 2016-cı ilin avqust ayından Biləcəri bələdiyyəsində yaradılan “İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını etdi.
Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı.
Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi.
Sonda xatirə fotosu çəkdirildi.

Keçidlər