Şriftin ölçüsü :

Saytın rəngi :

Mərakeş Krallığından bir qrup gənc “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı oldu

31 avqust 2017 | 11:00
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 31 avqust 2017-ci il tarixində Mərakeş Krallığından bir qrup gəncin “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə səfəri təşkil edildi.
Qonaqları burada “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi Gənclər Evinin əməkdaşları salamlayaraq, onları Gənclər Evinin inzibati binası ilə tanış etdilər.  Tanışlıq zamanı qonaqlara rayonda gənclər siyasəti sahəsində görülən işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat verildi.
Gənclər evində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, müxtəlif təyinatlı otaqlar mərakeşli qonaqlarda böyük təəssürat yaratdı.
Görüş Qubadlı rayonunun Ermənistan silahlı quvvələri tərəfindən işğalının 24-cü ildönümünə təsadüf etdiyinə görə qonaqlara "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" haqqında məlumatı özündə əks etdirən yazı təqdim olundu.
Görüş “Gənclər klubu”nda çay süfrəsi ətrafında davam etdirildi, qonaqlara xatirə hədiyyələri təqdim edildi.

Keçidlər