Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə 650-dən yuxarı bal toplayaraq daxil olmuş Binəqədi məzunları ilə görüş keçirildi

05 sentyabr 2017 | 11:00

05 sentyabr 2017-ci il tarixdə  Rayonda hər il ənənəvi olaraq keçirilən “Binəqədi rayonunda  təhsil işçilərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə  həsr olunmuş Şura iclası”na hazırlıq məqsədilə  “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə 650-dən yuxarı  bal toplayaraq daxil olmuş rayon orta ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilmişdir.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov , Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və məzunlar iştirak etmişlər.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva məzunları salamlayaraq, onları təhsildə qazandıqları yüksək nəticə münasibətilə təbrik etmiş, eyni zamanda bu uğurun əldə edilməsində böyük zəhməti olan məzunların müəllimləri və valideynlərinə minnətdarlığını bildirmişdir.
Görüş zamanı məzunların “Binəqədi rayonunda  təhsil işçilərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə  həsr olunmuş Şura iclası”na hazırlıq ilə məqsədilə keçiriləcək konfransa fikir və təklifləri dinlənilmiş, onlara ölkədə, o cümlədən rayonda reallaşdırılan layihələrdə yaxından iştirak və Azərbaycanın inkişafı naminə hər zaman səylə çalışmaları tövsiyə edilmişdir.
Görüşdən sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov məzunları Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış etmiş, burada gənclər üçün yaradılmış şərait, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Keçidlər