Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Mehriban Əliyeva və Muğam Fəlsəfəsi” adlı məlumat saatı keçirildi

14 sentyabr 2017 | 11:00
14 sentyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Mehriban Əliyeva və Muğam Fəlsəfəsi” mövzusunda  “Məlumat saatı” keçirildi.
Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, AMEA-nın müxbir üzvü, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, mədəniyyət işçiləri, ASAN Könüllüləri və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının gənc fəalları iştirak etdilər.
Məlumat saatını açıq elan edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları təqdim etdi və sözü AMEA-nın müxbir üzvü, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadəyə verdi.
Məlumat saatını açıq elan edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları təqdim etdi və sözü AMEA-nın müxbir üzvü, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadəyə verdi.Qeyd edək ki, Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalınında anadan olub. Orta təhsilini 1981-1991-ci illərdə Daşkəsən rayonu A.S.Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib. Hazırda həmin institutun baş elmi işçisi vəzifəsində çalışır. 2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildə mühazirəçi kimi çalışdığı universitetin professoru vəzifəsinə keçmişdir. Könül Bünyadzadənin fəlsəfi yaradıcılığında üstünlük təşkil edən mövzu təsəvvüf fəlsəfəsinin müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılmasıdır. O, bir fəlsəfə tarixçisi olaraq böyük sufi Cüneyd Bağdadinin, Mənsur Həllacın, Sərrac Tusinin təlimlərini Azərbaycanda ilk dəfə tədqiq etməklə yanaşı, həm də fəlsəfi komparativistika sahəsində bir sıra ciddi tədqiqatlar aparmışdır. Orta əsrlər fəlsəfəsi adətən İslam dünyasında islam dini dünyagörüşü, Qərb fəlsəfi ədəbiyyatında isə xristian dünyagörüşü üzərində qurulmuş bir fəlsəfə kimi təqdim olunur. Lakin bu iki "dünyanın" zamanın ruhuna uyğun olaraq xeyli ortaq cəhətlərə malik olduğu indiyədək az öyrənilmişdir. Bu cür yanaşdıqda, bir tərəfdən, təsəvvüf fəlsəfəsi, digər tərəfdən də, Bonaventura, Mayster Ekchart, Nikolay Kuzanski ortaq məxrəcə gətirilir. K.Bünyadzadə öz yaradıcılığında bir sıra yeni ideyalardan çıxış edir ki, bunlardan ən vacibi təsəvvüfdə və ümumiyyətlə İslam fəlsəfəsində istifadə olunan sezgi konsepsiyasını Qərb fəlsəfəsindəki irrasionalizm və intuitivizm təlimləri ilə müqayisə edərək bunların ümumi və fərqli cəhətlərini aşkar edir. Sezgi təliminin hansı məqamlarda rasionalizmə və hansı məqamlarda irrasionalizmə uyğun gəlməsi məsələsi müasir epistemologiya üçün çox önəmli bir məsələdir. Bu axtarışlarını davam etdirərək K.Bünyadzadə orta əsrlərdən müasir dövr fəlsəfəsinə keçir və Kant fəlsəfəsini, Husserl fenomenologiyasını və Timiniçkanın həyat fenomenologiyasını təsəvvüf fəlsəfəsi kontekstində nəzərdən keçirir. K.Bünyadzadənin bir xidməti də bundan ibarətdir ki, o, ayrı-ayrı fəlsəfi təlimlərin təfərrüatlarına getməkdənsə, bütövlükdə dövrün ruhunu ifadə edən ən ümumi ideyalardan çıxış edir. 2014-cü ildə Parisdə UNESCO xətti ilə dərc edilən “Le Dictionnaire Universel des Femmes Créatrices” – “Yaradıcı qadınlar ensiklopediyası”nda haqqında məlumat verilmişdir. 2015-ci ildə isə Türkiyədə nəşr olunan 7 cildlik "Tanzimatdan Günümüze Türk Düşünürleri" adlı ontologiyada həyat və yaradıcılığı haqqında geniş oçerk verilmişdir. 5 monoqrafiya, 2 tərcümə kitabının müəllifidir, bunlarla yanaşı, xaricdə bir kitabı tərcümə edilərək nəşr olunub. Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir. Dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, rus, ingilis, ərəb və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 130-a yaxın məqaləsi işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının məsul katibi, Bakı şəhərində Şərq-Qərb Tədqiqat Mərkəzinin direktoru, Beynəlxalq Fenomenologiya İnstitutunun, Nyu-York Akademiyasının, Beynəlxalq Oksford "Mühyiddin İbn Ərəbi Cəmiyyəti"nin, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO-nun nəzdindəki Filosof Qadınlar cəmiyyətinin üzvüdür, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidentidir.
“Mehriban Əliyeva və Muğam Fəlsəfəsi” mövzusunda  məruzə ilə çıxış edən Könül Bünyadzadə qeyd etdi ki, xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir. Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq İntibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir. Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir.
Muğam zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapan bir musiqidir. Muğam ifaçısı isə elə bil qədim sehrkarlıq ayininin nəsillərdən-nəsillərə ötürücüsüdür. Bu zaman o, insanlara əbədi həqiqətlər haqqında düşünmək və mənəvi rahatlıq tapmaq imkanı yaradır. Xalqın mədəni-mənəvi irsinin ilkin kökləri yaradıcı başlanğıc kimi həmişə ən böyük sirr olaraq qalır. Heç bir nəzəriyyə bu yaradıcılığın ən incə çalarlarını belə, olduğu kimi çatdırmaq iqtidarında deyil. Yalnız muğam ifaçıları həmin sirri fəhmlə duyaraq öz ifaları ilə bu sənətə həyat verməyə qadirdirlər
Natiq onu da qeyd etdi ki, Azərbaycan Respublikasının birinci vitse – prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.
Mehriban  xanım Əliyeva, demək olar ki, bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işğalçı Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi Qarabağda mədəni irsimizə ciddi ziyan vurmasından, tarixi yerlərimizi bərbad hala salmasından dönə-dönə, faktlarla danışır və dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırır. Birinci vitse – prezident ulu öndərin gözəl ənənəsini bu gün də ləyaqətlə davam etdirir.Artıq xeyli müddətdir ki, bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz və muğam həvəskarları rahat nəfəs alırlar, çünki hamı muğama qayğı göstərilməsindən məmnun qalır, muğamatımızın əbədi yaşayacağına möhkəm inanır. Bu inamı onlara Mehriban xanım Əliyeva bəxş etmişdir.Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırıldı.
 
 
 
 
 
 
 
 
Keçidlər