Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yeni dərs ilinə hazırlıqla əlaqədar tədbirlər davam edir

14 sentyabr 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və “Hilal” ictimai birliyinin birgə təşkilatçılığı ilə 14 sentyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının qərargahında baş tutan tədbirdə rayonun sosial müdafiəyə ehtiyacı olan ailələrin uşaqları, onların valideynləri, həmçinin “Hilal” İB-nin nümayəndələri və Qarabağ müharibəsi veteranları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbirdə iştirak edən şagirdləri və onların valideynlərini Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı adından təbrik etdi, onlara təhsildə uğurlar arzuladı. R.Göyüşov qeyd etdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təhsilə böyük diqqət və qayğı göstərilir, əhalinin rifah halını yaxşılaşdırılması üçün silsilə tədbirlər görülür. Eyni zamanda əhalinin sosial müdafiəyə ehtiyacı olan hissəsi də diqqətdən kənarda qalmır və onlar da qayğı ilə əhatə olunur. Ölkə Prezidentinin bu sahəyə dair tapşırıq və tövsiyələridə uğurla icra olunur və bugünkü tədbir qeyd olunanların bir nümunəsidir. Natiq  eyni zamanda  bu tədris ilində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də ilk zəngin çalınacağını qürurla bildirdi və bu yaxınlarda Binəqədi rayon ictimaiyyətinin Cocuq Mərcanlıya səfəri və orada keçirilən görüşlər barədə ətraflı məlumat verdi.
Tədbirdə “Hilal” ictimai birliyinin sədri Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının şura üzvü Arzuman Abdulkərimov çıxış edərək şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlaması münasibətilə təbrik etdi. Onlara təhsildə və şəxsi həyatlarında uğurlar arzuladı.
Tədbirdə çıxış edən valideyn Mənsurə Hüseynova göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əiyevə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırdı.
Tədbirdə iştirak edən şagirdlər vətənə, anaya, məktəbə həsr olunan şeirlərdən parçalar səsləndirdilər.
Sonda 40-dan çox şagirdə məktəbli formaları hədiyyə edildi.
 
 
 
 
 
 
 
 
Keçidlər