Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri zamanı əlil olmuş Azər Məmmədovun ailəsi ziyarət edildi

16 sentyabr 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının nümayəndələri tərəfindən Aprel döyüşləri zamanı əlil olmuş Azər Məmmədovun yeni doğulmuş körpəsinin təbrik edilməsi məqsədilə onun ailəsi ziyarət edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini Nahidə Mahmudova Azər Məmmədovun xanımını və yeni doğulmuş körpəsini xəstəxanada ziyarət etdi, ailəni rayon rəhbərliyi adından təbrik edərək hədiyyələr təqdim etdilər.
 
 
 
 
Keçidlər