Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edildi

02 oktyabr 2017 | 11:00
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
Binəqədi rayonunda 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edildi.
Təşkil edilən ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliklinikasının tibb personalı iştirak etdilər.
Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görüldü.
Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edildi, bayram münasibətilə sovqat təqdim edildi və onlar ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olundular.
Çıxış  edən  ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirdi, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər.
Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu  çəkdirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər