Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun birinci mərhələsi keçirildi

03 oktyabr 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 oktyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun birinci mərhələsi keçirildi.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova məktəbliləri salamladıqdan və “Xəmsə” Milli İntellektual Oyununun aparıcısı Elmidar Süleymansoy komandaları oyunun qaydaları ilə tanış etdikdən sonra yarışa start verildi.
Yarışda rayonun 32 orta ümumtəhsil məktəbindən 16-sı iştirak etdi və 4 məktəbin (102, 205, 246, 313 nömrəli tam orta məktəb) komandası yarımfinala vəsiqə qazandı.
Növbəti mərhələ 6 oktyabr 2017-ci il tarixdə keçiriləcəkdir.
 
Keçidlər