Şriftin ölçüsü :

Saytın rəngi :

Yaxın günlərdə Binəqədi şosesində əsaslı şəkildə təmir işlərinə start veriləcək

12 oktyabr 2017 | 11:00
Hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.
Binəqədi şosesində yenidənqurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. İntensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq məqsədi ilə yol boyu yeni 2,8 km uzunluğunda yağış kollektoru inşa edilib.
Hal-hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət sularının qarşısını almaq məqsədilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.
Bundan sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə təmirinə başlanılacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yolboyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq, həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək. Bir sözlə tam müasir yol infrastrukturu yaradılacaq.
İşlər sürətlə və yüksək standartlara uygun davam etdirilir. Bir sözlə, yaxın gələcəkdə həmin yol arzularınıza uyğun müasir yol olacaq!
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər