Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan Partiyası-dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı ağacəkmə aksiyası keçirildi

13 oktyabr 2017 | 11:00
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti tədbir “Yeni Azərbaycan Partiyası-dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı ağacəkmə aksiyası 13 oktyabr 2017-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 24 (244 saylı tam orta məktəb) ünvanlı ərazi ilk partiya təşkilatında təşkil edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Aparat rəhbəri Sevinc Abdullayeva, Yeni Azərbaycan Partiyasının baş təlimatçısı Rahil Şükürov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, 244 saylı tam orta məktəbin direktoru Yəhya Abbasov və məktəbin bir qrup şagird və müəllim heyəti iştirak etdi.
Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibəti ilə məktəbin həyətyanı sahəsində ağac əkdilər.
Tədbir, iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşdı.
 
 
 
 
 
 
 
Keçidlər