Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonundan olan kollektivlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edildi

18 oktyabr 2017 | 11:00

18 oktyabr 2017-ci il tarixdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin kollektivi, könüllü gəncləri və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi.Ekskursiyada Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olan kollekivə məlumat verildi ki, Mərkəzin layihəsi 2007-ci ildə Londonda yaşayan iraqlı məşhur memar Zaha Hadid tərəfindən işlənib. 10 may 2012-ci ildə ulu öndərin Heydər Əliyevin 89-cu doğum günündə mərkəzin təntənəli açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak ediblər. Qeyd edildi ki, mərkəz Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərir. Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur.Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevə aid əşyalar, foto və çəkilişlər ekskursiya iştirakçılarında dərin maraq doğurdu.Ekskursiyanın sonunda iştirakçlar xatirə fotosu çəkdirdilər.

 

Keçidlər