Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında “BMT Modeli Simulyasiya” konfransının ilkin təqdimat mərasimi keçirildi

20 oktyabr 2017 | 11:00
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında “BMT Modeli Simulyasiya” konfransının ilkin təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov gəncləri salamlayaraq onlara “BMT Modeli Simulyasiya” haqqında qısa məlumat verdi. “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev gənclərə təlimin gedişatında uğurlar arzuladı.
Rayonun fəal gənclərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Azər Abasəliyev “BMT Modeli Simulyasiya” oyunun keçirilməsi, şərtləri haqqında ətraflı məlumat verərək gənclərin suallarını cavablandırdı.
 
Keçidlər