Şriftin ölçüsü :

Saytın rəngi :

“25 il Azərbaycan naminə” adlı intellektual oyunun yekun tədbiri keçirildi

25 oktyabr 2017 | 11:00
25 oktyabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində həyata keçirilən - “25 il Azərbaycan naminə” adlı intellektual oyunun yekun tədbiri Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında təşkil edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və rəis müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş təlimatçıları Rahil Şükürov və Kubra Əliyarlı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək yarımfinal mərhələsində qalib olaraq finala vəsiqə qazanmış bütün komandaları təbrik etdi və hər bir komandaya uğurlar arzuladı.  Qeyd etdi ki, oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin mənimsədilməsi, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov bildirdi ki, məktəblilər arasında bu cür intellektual oyunların keçirilməsi zəruridir və təqdirə layiqdir. Qeyd etdi ki, Cənab Prezidentin siyasətinin əsas istiqamətlərindən birini təşkil edən təhsil siyasəti ölkəmizdə uğurla davam etdirilir. Həmçinin yarımfinal mərhələsində qalib olaraq final mərhələsində yarışmaq hüququ qazanmış hər bir komandanı təbrik edərək uğurlar arzuladı.
Tədbirin aparıcısı tədbir iştirakçılarını məlumatlandıraraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual oyun 2 mərhələdə təşkil edilib. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışmış və hər qrup üzrə birinci yeri tutmuş 8 komanda  finala  vəsiqə qazandı. Həmin komandalar bu gün final mərhələsində  yarışaraq birinci, ikinci və üçüncü yerlər üçün mübarizə aparacaqlar.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında təşkil edilmiş final mərhələsində  İdrak liseyi, 83 saylı məktəb-lisey, 179, 217, 276 və 300, saylı tam orta məktəblərin  oyunçularının təmsil olunduğu 8 komanda  yarışdılar. Hər məktəb 6 nəfər oyunçu ilə təmsil olunurdu. Viktorinada yarış iştirakçılarına partiyanın yaranmasının 25 illiyi ilə əlaqədar olaraq simvolik olaraq 25 sual ünvanlandı və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrıldı. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəyyənləşdirildi ki, 217 saylı məktəbi və 276 saylı məktəbi təmsil edən komandaların hər biri eyni nəticəni göstərərək birinci yerdə, 300 saylı məktəbi təmsil edən komanda ikinci yerdə və 179 saylı məktəbi təmsil edən komanda üçüncü yerdə qərarlaşdılar.
Tədbir yarışın qaliblərinin mükafatlandırılması ilə başa çatdı.
 
 
 
 
 
 
 
 
 
Keçidlər