Binəqədi rayonunda “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi
28 oktyabr 2017 | 11:00
28 oktyabr 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri ilə görüş keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsələhətçisi Elnur Məmmədov, tur aksiyada iştirak edəcək məktəblilər və onların valideynləri iştirak etdilər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədi ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələri, digər rayon və şəhərlərdən olan həmyaşıdları ilə tanış olmaqlarıdır. Bildirildi ki, “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Həmçinin, gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Tur–aksiya çərçivəsində Binəqədi rayonunun şagirdləri noyabr ayının 16-da Lənkəran– Masallı-Astara istiqamətində yola düşəcəklər.