Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ucadan Oxu” layihəsi çərçivəsində 158 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirildi

01 noyabr 2017 | 11:00

 “Yaxşı bir kitab, yaxşı bir dostdur.” – deyirdi ispaniyalı yazıçı Baltazar Qrasian. Uşaqların həyatında dostlarının olması nə qədər vacibdirsə, kitabların da uşaqların dostu olması bir o qədər vacibdir. Uşaqların inkişafında kitabların rolu əvəzedilməzdir. Psixoloqların fikrinə görə mütaliə ilə məşğul olan uşaqlar zehni inkişafı – qavrama qabiliyyəti, təfəkkür və təxəyyülünün inkişafına görə digərlərindən seçilirlər. Buna görə də uşaqlarda kitablara maraq və kitab oxumaq vərdişini yaratmaq lazımdır.
1 noyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 158 saylı körpələr evi-uşaq bağçasında “Ucadan oxu” lahiyəsi çərçivəsində  tədbir keçirildi.
Layihənin məqsədi azyaşlı uşaqları kitabxanalara cəlb etmək, mütaliə vərdişlərinin yaradılmasıdır.
Tədbirdə 158 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, Həmidə Əşrəfova və Binəqədi rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Görüşü giriş sözü ilə açan bağçanın müdiri Rəfiyyə Əsədova qonaqları salamladı və bu tipli layihənin bağçamızda keçirildiyindən məmnunluq hiss etdiyini bildirərək sözü qonaqlara verdi. Həmidə Əşrəfova layihə haqqında geniş məlumat verərək, layihənin davamlı olacağını bildirdi. Eyni zamanda qarşıdan gələn Bayraq günü münasibətilə uşaqları təbrik etdi.
Daha sonra MKS-nin əməkdaşları uşaqlar üçün  ucadan nağıllar oxudular və müxtəlif əyləncəli oyunlar keçirdilər.
Tədbir bağçanın balaca fidanlarının musiqi nömrəsi ilə davam etdi.
Sonda  MKS-in əməkdaşları balacaları uşaq ədəbiyyatı sərgisi ilə  tanış etdilər.

Keçidlər