Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı günü münasibətilə bədii-qiraət müsabiqəsi keçirildi

06 noyabr 2017 | 11:00
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq 9 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Bayraqları bayraq yapan üstündəki qandır” mövzusunda bədii-qiraət müsabiqəsi keçirildi.
Müsabiqədə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodist müəllimləri, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 11-ci qrup ASAN könüllüləri, məktəblilər iştirak etdilər.
Müsabiqənin nəticəsinə görə 7-10 yaş qrupu üzrə 3 №-li tam orta məktəbin 4-cü sinif şagirdi Zəhra Novruzlu birinci yerə, 297 №-li tam orta məktəbin 4-cü sinif şagirdi Xanım Əliyeva ikinci yerə, 314 №-li tam orta məktəbin 2-ci sinif şagirdi Ayla Əsgərova üçüncü yerə; 11-14 yaş qrupu üzrə 179 №-li tam orta məktəbin 6-cı sinif şagirdi Ayxan Nəsibzadə birinci yerə, 298 №-li tam orta məktəbin 8-ci sinif şagirdi Rəvan Abdullayev ikinci yerə, 283 №-li tam orta məktəbin 7-ci sinif şagirdi Nəzrin Hümmətova üçüncü yerə; 15-17 yaş qrupu üzrə 102 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Calal Həsənli birinci yerə, 299 №-li məktəb-liseyin 7-ci sinif şagirdi Gülnar Mürsəlzadə ikinci yerə, 284 №-li tam orta məktəbin 7-ci sinif şagirdi Leyla Baxşıyeva üçüncü yerə layiq görüldülər.
 
Keçidlər