Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbəsində iməcilik və ağacəkmə aksiyası keçirildi

11 noyabr 2017 | 11:00
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməciliklər və ağacəkmə aksiyaları keçirilib.
Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı imzalanmışdır.
Sərəncamın icrası ilə əlaqədar olaraq aksiyalar rayon əraizisində davam etdirilir. Belə ki, Binəqədi qəsəbəsində  gül, bəzək kolları və ağaclar əkildi.
Aksiya iştirakçılarına “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində keçirilən iməclik haqqında məlumat verildi və bildirildi ki, dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirilir.
Aksiya zamanı ümumilikdə 1000-dən çox  gül və ağac əkildi.
 
 
 
 
 
 
 
Keçidlər