Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin sərgi qalereyasında gənc rəssam Könül Məmmədlinin fərdi rəsm sərgisi açıldı

14 noyabr 2017 | 11:00
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq, 11 noyabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin sərgi qalereyasında rayonun gənc rəssamı, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdi Könül Məmmədlinin fərdi sərgisinin açılış mərasimi keçirildi. 
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin təsisçisi Nigar Bayramlı, 3 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi, gənc rəssamın yaxınları, gənclər iştirak etdilər.
Sərginin açılış mərasimində çıxış edən Elvin Aslanov istedadlı yeniyetmə və gənclərə hər zaman diqqət və qayğı göstərilməsinin vacibliyindən danışdı, gənc rəssama yaradıcılıq uğurları dilədi.
Sonra Könül Məmmədliyə İdarənin Fəxri fərmanı təqdim olundu.
Açılış mərasimindən sonra sərgiyə baxış keçirildi.
 
Keçidlər