Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri cənub bölgəsinə yola salındılar

16 noyabr 2017 | 11:00
15 noyabr tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin  Lənkəran-Masallı-Astara rayonlarına yola salınmaları münasibətilə tədbir  keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər, ictimai birliklər, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. 
“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər ilk əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.
Daha sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı.  
Bildirdi ki, cənub bölgəsinə reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 40 məktəbli iştirak edəcəkdir. Şagirdlərə uğurlar diləyən natiq tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyə etdi. Natiq qeyd etdi ki, ölkə başçısının ideyası əsasında gerçəkləşən bu layihə siz gənclərin biliklərinin genişlənməsinə, rayonlarımızın tarixi məkanlarını tanıması baxımından olduqca əhəmiyyətli layihədir.
Daha sonra çıxış edənlər   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov,  283 nömrəli tam orta məktəbin şagirdi Şəbnəm Verdiyeva, 144 nömrəli tam orta məktəbin şagirdi Nicat Hüseynli, İlqar Hüseynzadənin valideyni İlhamə Hüseynzadə “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar.
Çıxışlardan sonra tədbir “İslam Həmrəyliyi İli “ çərçivəsində təşkil edilmiş bədii hissə ilə davam etdi. Yallı rəqsi nümayiş edildi və nağara şousu tədbirə əlvanlıq qatdı.
Tur–aksiya iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, bayrağımızın rəngləri ilə gənclərin “Ölkəmizi tanıyaq” sözünü həkk etməsi, eyni zamanda Azərbaycan bayrağını qürurla dalğalandırması ilə layihənin əhəmiyyətini bir daha diqqətə çatdırdılar. Rayonun balaca fidanların timsalında islam ölkələrinin və o cümlədən, bir sıra dünya ölkələrinin geyimlərindən ibarət sərginin nümayişi, Qafqazın ən böyük məscidi “Heydər” məscidinin ziyarət olunması, İslam ölkələrinin bayraqları əks olunmuş şarların açıq səmaya buraxılması bu ilin İslam Həmrəyliyi ili olmasının, ölkəmizin tolerantlığının təntənəsi kimi nümayiş olundu. 
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla cənub bölgəsinə yola düşdülər.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər