Şriftin ölçüsü :

Saytın rəngi :

11 və 27 saylı şəhər poliklinikalarında növbəti ağacəkmə aksiyaları keçirildi

15 noyabr 2017 | 11:00
“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən 11 saylı uşaq poliklinikasında və 27 saylı şəhər poliklinikasında növbəti ağacəkmə aksiyaları keçirildi.
Gerçəkləşən aksiyada “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi.
Aksiyalar zamanı ümumilikdə 100-dən çox ağac və gül kolu əkildi.
 
Keçidlər