Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi şossesində yenidənqurma işlərinin birinci hissəsi artıq yekunlaşmışdır.

23 noyabr 2017 | 11:00
Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şossesində yenidənqurma işlərinin bir hissəsi artıq yekunlaşıb. İşlər 2 mərhələ üzrə aparılır.Yenidən qurulan yolun uzunluğu 2.6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metr olacaq.Yenidənqurma işlərinin 1-ci mərhələsində şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını alınıb. Bundan başqa intensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə 4-cü qapı küçəsi ilə kəsişmədə və “4 yol” deyilən ərazidə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalların suyunun Binəqədi şosesinin altından ötürülməsini təmin edən və ötürmə qabiliyyətini itirmiş köhnə borular yeniləri ilə əvəzlənib. Ümumilikdə 5 nöqtədə 8 yeni borunun tikintisi, 2-nin isə təmiri aparılıb. Boruların uzunluqları yerlərdən asılı olaraq 25-35  metrdir, diametrləri isə 800 və 1200 mm-dir. Boruların üstü 18 metr uzunluğunda və 6.5 metr enində monolit-betonla örtülüb.Bundan başqa yol boyu yeni 2.8 km uzunluğunda yağış kollektoru və 2 böyük həcmli kollektor quyular inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədi ilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.Hazırda 2-ci mərhələ çərçivəsində bundan sonra avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə “cib”li dayanacaqlar tikilir, vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 paqon-metr yeni səki daşları düzülür. Buna paralel olaraq yola sonuncu qat asphalt-beton örtüyünün döşənməsi işləri də davam etdiriləcək. Ümumilikdə isə yolun 40 min m2-dən çox hissəsinin asfaltlanması planlaşdırılır. Bundan başqa yolun hər bir tərəfində yeni işıq dirəklərinin quraşdırılması da nəzərdə tutulub.Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.Əziz sakinlər, Sizdən gələn müraciətlərə əsasən deyə bilərik ki, bir müddət bu yolun təmirə bağlanması hər kəsdə narahatlıq yaratmışdı. Təbii ki,əsas məqsədimiz uzun illərdir mövcud olan problemi aradan qaldırmaq olduğu üçün müəyyən vaxtın sərf olunmasının təbii olduğunu anlayacağınıza əminik.  Artıq bu gecədən etibarən hərəkət bərpa olunsa da, qalan təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi  hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.Odur ki, Sizdən müvəqqəti narahatçılığa görə üzr istəyir, məqsədimizin Sizə xidmət olduğundan qürur duyuruq. Yolunuz açıq olsun!

Keçidlər