Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Xocasən qəsəbəsi Bakı-Şamaxı yolu kənarında növbəti ağacəkmə aksiyası keçirildi.

25 noyabr 2017 | 11:00
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Xocasən qəsəbəsi Bakı-Şamaxı yolu kənarında növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiya Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon şöbəsinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Xocasən Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Aksiyada eləcə də Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin nümayəndələri də iştirak etmişdirlər. Aksiya iştirakçılarına və qonaqlara “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi. Aksiya zamanı ümumilikdə 500-dən çox eldar şamı əkilmişdir.

 

Keçidlər