Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ucadan Oxu” layihəsi çərçivəsində 177 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirildi.

23 noyabr 2017 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 177 saylı körpələr evi-uşaq bağçasında “Ucadan oxu” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,zəka mənbəyidir.Layihənin məqsədi azyaşlı uşaqların kitabxanalara cəlb etmək, mütaliə vərdişlərinin yaratmaqdır.Tədbirdə 177 saylı körpələr evi-uşaq bağçasının müdiri Pəri Rəhimova, Həmidə Əşrəfova və Binəqədi rayon MKS-nin əməkdaşları iştirak etdilər.Tədbirə bağçanın balaca fidanının musiqi nömrəsi başlanıldı.Görüşü giriş sözü ilə açan müdirə Pəri Rəhimova qonaqları salamladı və bu tipli layihənin bağçamızda keçirildiyindən məmnunluq hiss etdiyini bildirərək sözü qonaqlara verdi. Həmidə Əşrəfova layihə haqqında geniş məlumat verərək, layihənin davamlı olacağını bildirdi. Daha sonra söz  MKS-in İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayevaya verildi. O, kitab mütaliəsinin, kitabxanaların uşaqların inkişafında böyük rol oynamasından danışdı.Daha sonra MKS-nin əməkdaşları uşaqlar üçün ucadan nağıllar oxudular və müxtəlif əyləncəli oyunlar keçirdilər. Eyni zamanda “Milli dəyərlər balaların dili ilə” mövzusuna toxunuldu.Sonda MKS-in əməkdaşları balacaları uşaq ədəbiyyatı sərgisi ilə tanış etdilər.
 
 
 
 
 
 
 
Keçidlər