Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Əlillər günü münasibətilə əlil sakinlər evlərində ziyarət olundu.

02 dekabr 2017 | 11:00
2 dekabr 2017-cı il tarixində Binəqədi rayonunda Beynəlxalq Əlillər günü münasibətilə humanitar aksiya keçirilmişdir. Binəqədi rayonu ərazisində yaşayan bir qrup əlil sakinlər evlərində ziyarət olunmuşdur.Təşkil edilmiş tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Elnur Məmmədov, müvafiq ərazilər üzrə İcra və bələdiyyələrin nümayəndələri iştirak etmişdilər.Səmimi əhval-ruhiyyədə keçirilən humanitar aksiya zamanı fiziki məhdudiyyətli rayon sakinlərinə hədiyyələr təqdim olunduqdan sonra birlikdə xatirə fotosu çəkildi.Ziyarət olunan rayon sakinləri fiziki məhdudiyyətli şəxslərin sosial rifahı naminə onlara daim diqqət göstərən dövlətimizə və ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
 
 
 
 
Keçidlər