Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “03 dekabr Beynəlxalq Əlillər Günü” qeyd edildi

02 dekabr 2017 | 11:00

02 dekabr 2017-ci il tarixdə “03 dekabr Beynəlxalq əlillər günü” münasibətilə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin baş qərərgahında görüş  keçirilmişdir.Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi polkovnik-leytenant Novruz Rəhimov,  "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, ictimai birlik rəhbərləri, rayonda yaşayan Qarabağ müharibəsi əlilləri  və veteranları iştirak etdilər.Tədbiri giriş sözü ilə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" ictimai birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə açdı.Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov çıxış edərək ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıdan danışdı. E.Məmmədov Azərbaycan Pespublikasının Prezidentı cənab İlham Əliyevin rəhbərliyi ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması, özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirlərin həyata kecirildiyini vurğuladı.Daha sonra çıxış edənlər Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi polkovnik-leytenant Novruz Rəhimov, ictimai birlik rəhbərləri ölkəmizdə əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, aztəminatlı ailələrə göstərilən diqqət və qayğıdan danışdılar. Görüşdə  vətənpərvərliyin təbliğində fəal iştiraklarına görə ictimai birlik rəhbərlərinə, bir qrup müharibə əlil və veteranlarına “Fədai” və “Vətən naminə” medalları ilə təltif  olundu.Görüşdə şəhid ailələrinin üzvləri, veteranlar və əlillər çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda tədbirdə iştirak edən əlillərə rayon İcra Hakimiyyətinin hədiyyələri verildi.

 

 

Keçidlər