Şriftin ölçüsü :

Saytın rəngi :

Hal-hazırda Binəqədi yolu ətrafında aparılan abadlıq işləri surətlə davam etdirilir.

06 dekabr 2017 | 11:00

Zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, –  deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib.Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq respublikamızda, o cümlədən Bakı şəhərində gedən təmir-tikinti, yenidənqurma işləri, inşa olunan yeni körpülər, tunellər paytaxtımıza müasir görünüş verməklə yanaşı, bütün meqapolislərin üzləşdiyi nəqliyyat axınında sıxlığın azaldılmasında da mühüm rol oynayır. Binəqədi rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Facebook səhifəmizdə rayonumuzda gedən işlər barədə Sizlərə mütəmadi məlumat verilir. Layihəyə uyğun olaraq Binəqədi yolu ətrafında abadlıq işləri davam etdirilir. 2,5 km-lik yolun həm sağ, həm də sol tərəfində işlər görüldüyü üçün 5 km-lik ərazidə yenidənqurma, abadlıq və yaşılllaşdırma işləri gedir.Hazırda aparılan abadlıq işləri çərçivəsində səki daşları quraşdırılır, küçə işıq dirəklərinin montajı davam etdirilir, asfalt örtüyünün sonuncu qatı vurulur, yolun sağ və sol hissəsində yaşıllaşdırma işləri aparılır.Həmçinin yolun kənarında yerləşən, memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərinin təmir-bərpa işləri həyata keçirilir. Artıq bir neçə müddətdir davam edən təmir və abadlıq işləri zamanı gediş-gəliş üçün yaranmış çətinliklərin müvəqqəti olduğunu, qısa zaman sonra rahat və təmirli yolların istifadənizə veriləcəyini nəzərinizə çatdırmaq istəyirik.Qoy bütün yollarınız daima maneəsiz və rahat olsun.

Keçidlər