Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası” çərçivəsində erkən nikahlara aid maarifləndirmə tədbiri keçirildi.

06 dekabr 2017 | 11:00

6 dekabr 2017-ci il tarixdə Binəqədi Mərkəzi Mədəniyyət Evində qızların təhsildən yayınma halları, erkən nikah və onun fəsadları mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Dövlət Universitetinin “İlahiyyət” fakültəsinin Dillər kafedrasının müəllimi,dosent Səbinə Mirzəyeva, AMEA–nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitunun şöbə müdiri fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və 179, 182 və 205 nömrəli tam orta məktəblərin şagirdləri, onların valideynləri, təhsil işçiləri, “Gender zorakılığı üzrə monitorinq qrupu”nun üzvləri və gənclər iştirak etdilər.Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı və erkən nikahla mübarizə ilə bağlı görülən işlər barədə məlumat verdi.Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək ölkəmizdə  insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”nun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında danışdı.Daha sonra çıxış edənlər tərəfindən ailə dəyərlərinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, qorunub saxlandığı bildirilib və bu dəyərlərin yad təsirlərdən qorunmasının zəruriliyi vurğulanıb. Xüsusilə məişət zorakılığının qadın və uşaqlar arasında törətdiyi fəsadların əslində milli-mənəvi dəyərlərimizə yad olduğu diqqətə çatdırılmışdır.Tədbirdə iştirakçıların sualları cavablandırılaraq, mövzu üzrə fikir mübadiləsi aparılmış və bir sıra təkliflər səsləndirilmişdir.

Keçidlər