Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi şossesində yenidənqurma işləri davam etdirilir.

08 dekabr 2017 | 11:00
 
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şossesində yenidənqurma işləri davam etdirilir. Yolun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq. Binəqədi şossesinin açılışı ilə əlaqədar olaraq həmin yolun ətrafında abadlıq və təmizlik işləri mütəmadi olaraq davam edir. Hazırda aparılan abadlıq işləri çərçivəsində yolun kənarında yerləşən fərdi yaşayış evlərində, eyni zamanda memarlıq standartlarına uyğun gəlməyən və qəzalı vəziyyətdə olan təsərrüfat obyektlərində təmir-bərpa işləri, fasadlarının betopan material ilə üzlənməsi, suvanma, hörgü işləri, dam örtüklərinin və yeni pəncərələrin quraşdırılması həyata keçirilmişdir. Həmçinin Binəqədi şossesinin girişində yerləşən dəmir yolu körpüsünün sağ və sol tərəflərində abadlıq-quruculuq işlərinə başlanmış, yol kənarı səkilər genişləndirilərək asfalt örtüyü vurulmuş, yol boyunca yaşıllaşdırma işləri aparılmış, qazon, bəzək kolları, gül və ağaclar əkilmişdir. Məlumat üçün bildirmək istərdik ki, illər boyu Binəqədi şossesində yol infrastrukturunun lazımı səviyyədə olmaması, yağış zamanı subasma hallarının olması sakinlərimizi əsas narazı salan səbəblərdən idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər