Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda BMT Model simulyasiya oyunu keçirildi.

09 dekabr 2017 | 11:00

09 dekabr 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Diplomatiya və Araşdırmalar Klubunun təşkilatçılığı ilə "Beynəlxalq sülh institutlarının təkmilləşdirilməsi" mövzusunda BMT Model simulyasiya oyunu keçirilmişdir.Oyunun açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Diplomatiya və Araşdırmalar Klubunun sədri Səyyarə Gülaliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov və Tələbə Gənclər Təşkilatının sədri Əmrah Cəfərov, BMT Model simulyasiya oyununun iştirakçıları iştirak etmişlər.Açılış mərasimində çıxış edən natiqlər, Elvin Aslanov, Şəmsi Gülverdiyev, Fəsli Nəbiyev, Səyyarə Gülaliyeva, Əmrah Cəfərov, Zaur Məmmədov gəncləri salamlayaraq, BMT Model simulyasiya oyununun işində uğurlar arzuladılar. Qeyd edildi ki, son illər ölkəmizdə BMT modeli oyunlarına olan maraq artmışdır. Burada əsas məqsəd iştirakçıların siyasi bilik və bacarıqlarının artırılması, onların gələcəyin diplomatı olaraq hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında “BMT Modeli” klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi bəndinin olduğunu nəzərə çatdıraq natiqlər, bu cür layihələrin mütəmadi olaraq keçiriləcəyini bildirdilər. Rəsmi hissədən sonra Baş Assambleya öz fəaliyyətinə başlamışdır. Simulyasiya oyununun ikinci hissəsi və bağlanış mərasimi isə 10 dekabr 2017-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində keçirildi.Simulyasiya oyunu başa çatdıqdan sonra iştirakçılar sertifikatla təltif olunmuş, "Fərqlənmiş nümayəndələr", "Ən yaxşı debutant", "Ən yaxşı mövqe vərəqi", "Ən yaxşı debatçı" və "Ən yaxşı nümayəndə" nominasiyaları üzrə qaliblərin diplomları təqdim edilmişdir.

Keçidlər