Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda təhsil müəssələrinin “Facebook” səhifə adminləri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” görüş keçirildi.

14 dekabr 2017 | 11:00

Binəqədi rayonunda təhsil müəssələrinin “Facebook” səhifə adminləri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” görüş keçirildi. Keçirilən görüşdə Aparatın İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin əməkdaşları Elnur Məmmədov, Nigar Aslanova və həmin müəssisələrin facebook səhifələrini idarə edən adminlər iştirak etmişdilər.Çıxış edən Elman Dadaşov sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş məlumat verdi. Natiq qeyd etdi ki, qloballaşan dünyada mediada təzahür edən yeniliklərdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir. Sonra şöbənin əməkdaşı Nigar Aslanova facebook səhifələrini idarə edən adminlərə “Sosial şəbəkələr nədir və əhəmiyyəti nədən ibarətdir?”, “Səhifədə aktivlik necə olmalıdır?”, “Səhifənin təhlükəsizlik qaydaları”, “Səhifəni işlətmək qaydaları”, “Səhifənin təhlili necə aparılmalıdır”, “Səhifənin hesabatlılığı və operativlik” haqqında geniş məlumat vermişdir.Daha sonra şöbənin baş məsləhətçisi Elnur Məmmədov Facebook şəbəkələrində işin təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini bildirdi. Görüşün sonunda Elman Dadaşov səhifə adminlərinə öz tövsiyələrini verdi.

 

Keçidlər