Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 283 №-li tam orta məktəbdə “Dini radikalizm və ona qarşı mübarizə“ mövzusunda tədbir keçirildi.

26 dekabr 2017 | 11:00

26 dekabr 2017–ci il tarixində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonu 283 №-li tam orta məktəbdə  “Dini radikalizm və ona qarşı mübarizə“ mövzusunda tədbir keçirildi.Seminarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak etdilər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova  “Dini radikalizm və ona qarşı mübarizə“ mövzusunda tədbirin məktəblərdə keçirilməsinin yeniyetmələrin maariflənməsi, milli -  mənəvi dəyərlərin, ölkədə mövcud sabit mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etdiyindən danışdı.Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı olan “ Şəhadət “ filmi nümayiş etdirildi.Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məruzə edərək, ölkədəki dini durumdan, dini icmaların fəaliyyətindən, dövlət – din münasibətlərindən və ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlərin keçirildiyindən söz açdı. Mövzunun aktuallığını qeyd edərək şagirdlərin bu istiqamətdə maariflənməsinin böyük  əhəmiyyətini vurğuladı.Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov  çıxış edərək Azərbaycan dövlətinin və cəmiyyətinin dini radikalizmin təhlükəsindən qorunması, şagirdlərin dini  cərəyanların təsiri altına düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyindən danışdı.Sonda  mövzu ilə bağlı

Keçidlər