Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon ərazisində yerləşən 158 saylı körpələr evi-uşaq bağçasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəliy günü və Yeni il münasibəti ilə tədbir keçirildi.

27 dekabr 2017 | 11:00

Binəqədi rayon ərazisində yerləşən 158 saylı körpələr evi-uşaq bağçasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəliy günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının əməkdaşı Anar Əliyev, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin nümayəndəsi Jalə Tofiqqızı iştirak etmişdir.Tədbiri giriş sözü ilə 158 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova açıq elan etdi.Rəfiyyə xanım Respublikamızın hər yerində uşaqlara diqqət və qayğının yüksək səviyyədə olduğunu söylədi.Son illərdə bağçaların əsaslı təmir edilməsinin dövlətin uşaqlara göstərdiyi diqqət və qayğısının bariz nümünəsi olduğunu dedi. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlara xususi diqqət və qayğının olduğunu bildirdi. Respublikamızda  uşaqların rahat və firavan ölkənin vətəndaşları kimi böyüdüyünü , müstəqil ölkəmizin gələcəyinin məhz körpələr olacağını söylədi. Sıra ilə digər  qonaqlar da bayramlar münasibəti ilə öz təbriklərini çatdırdılar, ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan danışdılar.Daha sonra bədii hissə üçün söz 158 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarına verildi.Uşaqların ifasında müxtəfil səhnəcik, rəqs, mahnı  nümünələri ilə tədbir davam etdirildi.

Keçidlər