Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbəsinin sakini olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü qeyd edilib.

13 yanvar 2018 | 11:00
13 yanvar 2018-ci il tarixdə 2016-cı il aprel döyüşlərində qələbə tariximizin başlanğıc səhifəsinə adını qızıl hərflərlə yazan, Binəqədi qəsəbəsinin sakini olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü qeyd edilib. Belə ki, bu gün Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə Rayon Gənclər Evində şəhid Fəxrəddin Qurbanlının ad günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, 179 saylı tam orta məktəbin direktoru Almaz İsmayılova, şəhidin ailə üzvləri iştirak edirdilər. İlk öncə 179 saylı tam orta məktəbin şagirdləri təfərindən hazırlanmış Fəxrəddin Qurbanlının həyat hekayəsi əks olunan "Şəhidim" filmi təqdim olunmuş, daha sonra isə bədii kompozisiya göstərilmişdir. Daha sonra çıxış edən şəhidin atası Seyfəddin Qurbanlı tədbirin ərsəyə gəlməsində əziyyət çəkən şəxslərə təşəkkür etdi. Seyfəddin Qurbanlı vurğuladı ki, “Aprel şəhidləri şəhidlik zirvəsinə ucalmaqla yeni tarix yazdılar. Onlar Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlar. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tapşırığı ilə, tezliklə biz şəhidlərimizin qisasını alacağıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Vətən sağ olsun!” Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva və 179 saylı tam orta məktəbin direktoru Almaz İsmayılova çıxış etdilər. Tədbir yekunlaşdıqdan sonra şəhidin məzarı ziyarət edilmiş, evində ehsan süfrəsi verilmişdir.
 
 
 
 
 
Keçidlər