Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanında “İcra inzibatçılığının gücləndirilməsi” mövzusunda müşavirə keçirildi.

19 yanvar 2018 | 11:00

19 yanvar 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanında başçının müavinlərinin və aparatın şöbə və sektor müdirlərinin iştirakı ilə RİH başçısının aparatında, Qəsəbə və sahə icra nümayəndəliklərində, ikili tabeli qurumlarda “İcra inzibatçılığının gücləndirilməsi” mövzusunda müşavirə keçirilmişdir.Müşavirəni giriş sözü ilə açan RİH başçısı Xaləddin İsgəndərov son illər və 2017-ci ildə RİH başçısı aparatında və tabeli qurumlarda İcra inzibatçılığının təkmilləşdirilməsi və  icra intizamına əməl olunması  sahəsində görülən işlərdən danışmışdır.Sonra müzakirə olunan mövzu üzrə RİH başçısının müavinlərinin və şöbə müdirlərinin məlumatı dinlənilmişdir.RİH başçısı Xaləddin İsgəndərov yekun nitqində İcra İnzibatçılığında mövcud olan nöqsan və çatışmazlıqlardan danışmışdır.Qeyd edilmişdir ki, RİH başçısı aparatında və tabeli qurumlarda RİH başçısı tərəfindən verilmiş tapşırıqların, imzalanmış sərəncamların icra vəziyyətinə nəzarətin gücləndirilməsinə,vətəndaş müraciətlərinə baxılması, səyyar görüş və qəbulların,rəhbər şəxslərin qəbul günlərinin keçirilməsi işinin təkmilləşdirilməsinə,rayon əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılmasına,ictimai nəzarətin gücləndirilməsinə, ictimai aktiv əhali ilə ictimai birliklərlə, vətəndaş cəmiyyəti institutları ilə aparılan işin aktivləşdirilməsinə, yerlərdə əhalini narahat edən problemlərin həllinə yönəlmiş tədbirlərin gücləndirilməsinə, müxtəlif aidiyyatı qurumlar tərəfindən səyyar görüş və qəbulların keçirilməsinə, məmur vətəndaş münasibətlərində etik norma və qaydalara ciddi əməl olunmasının təmin edilməsinə, RİH başçısı aparatında və tabeli qurumlarda əməkdaşların icra intizamına görə məsuliyyətlərinin artırılmasına ehtiyac vardır.Sonda İcra Hakimiyyətinin başçısı tərəfindən müşavirədə qaldırılan məsələlərlə bağlı xüsusi tədbirlər planının hazırlanması barədə tapşırıq verilmişdir.

 

Keçidlər