Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Xolokost həftəsi çərçivəsində tədbir keçirildi.

24 yanvar 2018 | 11:00

24 yanvar 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrail dövlətinin Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi Xolokost həftəsi çərçivəsində  tədbir keçirilmişdir. Tədbir zamanı “Kəpənək layihəsi” adlı sərgi və “Xolokostun uşaqları” sənədli filmi nümayiş olunmuşdur.BMT-nin maarifləndirmə proqramının Hyüston Xolokost Muzeyi ilə birgə 14 poster Xolokostun bu faciəni yaşayan uşaqların taleyinə təsirindən bəhs edir və gənclərə həmin dövrün tarixini öyrədir. Layihənin əsas məqsədi Xolokost zamanı həlak olmuş uşaqların xatirəsini anmaq və gəncləri nifrət hissinə qarşı mübarizəyə səsləməkdir.“Xolokostun uşaqları” adlı sənədli filmin qəhrəmanları da ikinci dünya müharibəsi illərində yəhudilərə qarşı aparılan siyasətdən əziyyət çəkmiş uşaqlardır. Animasiya və müsahibələrdən ibarət film Xolokost zamanı Avropanın müxtəlif ölkələrindən qaçaraq, Böyük Britaniyada sığınacaq tapmış uşaqların üzləşdikləri çətinliklərdən və onların sonrakı talelərindən bəhs edir.Sənədli filmin nümayişindən əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rozanberq və BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov çıxış etdilər.Elvin Aslanov çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımından, günahsız insanların, eləcə də uşaqların qətlə yetirilməsindən danışdı.Sonra çıxış edən Avital Rozanberq və Rəşad Hüseynov tədbirin mahiyyəti barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli, 60/7 saylı qətnaməsinə əsasən, hər il yanvarın 27-si Xolokost qurbanlarının Beynəlxalq Anım günü kimi qeyd edilir.

Keçidlər