Şriftin ölçüsü :

Saytın rəngi :

26 yanvar 2018–ci il tarixdə 283 nömrəli tam orta məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində Azərbaycan xalq şairi Nəriman Həsənzadə ilə “Dünya bir nərdivandı" adlı ədəbi–bədii görüş keçirildi.

26 yanvar 2018 | 11:00

26 yanvar 2018–ci il tarixdə 283 nömrəli tam orta məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində Azərbaycan xalq şairi Nəriman Həsənzadə ilə “Dünya bir nərdivandı" adlı ədəbi–bədii görüş keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, şairin dostu Cənubi Azərbaycandan olan şair Aqşin Ağkəmərli, “Azərbaycan müəllimi” qəzetinin müxbiri Samirə Kərimova, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.Tədbiri məktəbin direktoru Tünzalə Zeynalova giriş sözü ilə açaraq, xalq şairi Nəriman Həsəzadənin 283 №- li məktəbin müəllim, şagird, valideyn kollektivi ilə görüşündən məmnunluq hissi duyduğunu və kollektiv adından dərin təşəkkürünü bildirdi.Tədbirdə məktəbin şagird və müəllimlərinin ifasında şairin yaradıcılığından nümunələr, şeirlər, kompozisiyalar təqdim olundu.Xalq şairi Nəriman Həsənzadə müəllifi olduğu kitabları imzalayıb görüş iştirakçılarına təqdim etdi.

Keçidlər