Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2 Fevral - “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Futbol” birinciliyi keçirildi.

27 yanvar 2018 | 11:00

27 yanvar 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində rayon idarə və təşkilatlarında çalışan gənclər arasında 2 Fevral - “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Futbol” birinciliyi keçirilmişdir.“Futbol” birinciliyinin nəticəsinə görə I yeri Binəqədi qəsəbə bələdiyyəsinin komandası, II yeri Biləcəri bələdiyyəsinin komandası, III yeri YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin komandası tutmuşdur.Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Rüfət Əhmədov və Rafiq Nəsirov çıxış edərək gəncləri təbrik etmişlər. Qaliblər İdarə tərəfindən diplom və kubokla təltif olunmuşlar.

Keçidlər