Şriftin ölçüsü :

Saytın rəngi :

1 Fevral tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Gənclər Siyasəti” mövzusunda “Məlumat saatı” keçirildi.

01 fevral 2018 | 11:00

1 Fevral  tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Gənclər Siyasəti” mövzusunda “Məlumat saatı” keçirildi. Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris İşləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov, BRİH başçısı Aparatının əməkdaşları, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələrin ictimai və humanitar sektor rəhbərləri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri, rayonun fəal gəncləri  iştirak etdilər. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq Eldar Aslanova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür etdi. Daha sonra Eldar Aslanov mövzu ilə bağlı məruzə etdi. Qeyd edək ki, Eldar Aslanov 1994-ci ildən Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri və dekabr 2006-cı ildən Beynəlxalq Mətbuat Klubunun Direktoru, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının   (ARGTMŞ) komissiya sədri və Məclis sədri, 1999-2000-ci illərdə Azərbaycan Milli QHT Forumunun Ekspert Şurasının üzvü və s., ictimai vəzifələri daşıyıb. 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının Eksperti işləyib. 1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda dövlət idarəçiliyi üzrə magistr təhsili alıb, “Azərbaycan Respublikasının neft siyasətinin siyasi, iqtisadi və strateji aspektlərinin analizi” mövzusunda magistr işini müdafiə edib və dövlət idarəçiliyi üzrə magistr adı alıb. 2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsində məsul əməkdaş olmuşdur. 2003-2007-ci illərdə Ankara Universitetində siyasi elmlər üzrə doktorantura təhsili almış və 20.07.2007-ci il tarixində “Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlar” adlı fəlsəfə doktorluğu  dissertasiyasını müdafiə edib. 2007-2008-ci illərdə “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsində, 2009-2010-cı illərdə  “Azərbaycanda turizm sektorunun rəqabətqabiliy¬yətliliyinin yüksəldilməsi” üzrə layihədə ekspert kimi çalışmışdır. 2007-2011-ci illərdə BMTİP-lə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turzim İnstitutunda qurduqları Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri olmuşdur. Rəhbəri olduğu dövrdə bu mərkəz 20-dən çox tədqiqat layihəsini həyata keçirmişdir. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun eksperti olub. 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti Kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2011-cı ilin fevral ayının 2-də Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru təyin olunub. Hazırda AzərbaycanTurizm və Menecment Universitetində eyni vəzifəni icra edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə dosent elmi adı alıb.Eldar Aslanov mövzu ilə bağlı məruzə etdi. Məruzəçi bildirdi ki,  bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.  Məruzəçi həmçinin, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmasını qeyd etmişdir. O həmçinin, bu siyasətin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmasını demişdir. Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndərin sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət ediyini bildirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlayıb.O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülüb. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir".Heydər 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan edib. Tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab edib. Məruzəçi həmçinin II Forumda gənclərə müraciət edən Ümummilli Liderimizdən sitat gətirərək: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"Həmçinin məruzəçi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqamətinidə çıxışında bildirdi.

Bunlar:
“-Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək;
- Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək;
- Gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək;
- Gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq;
- Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.”
Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırıb. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

Keçidlər