Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərimizə xidmət edən “Sakinlərin Müraciət Xidməti– 1646″-nın yaranmasından 5 il ötür

06 fevral 2018 | 11:00

Bu gün onların günü və bayramıdır. 5 il böyük zaman deyil, amma görülən iş, sakin məmnunluğu bu xidmətin uğurundan xəbər verir. “Sakinlərin Müraciət Xidməti– 1646″-nın bütün kollektivini təbrik edir,  şərəfli işlərinizdə sizlərə uğurlar diləyirik!  Məlumat üçün bildirək ki, Rayon İcra Hakimiyyəti başçısının 6 fevral 2013-cü il tarixli Sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti–1646″ (SMX–1646) istifadəyə verilmişdir. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.2013-2018-ci illər ərzində Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 165970 vahid, birbaşa cavablandırılan zənglərin sayı 130843 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı 35055 vahid olmuşdur.

 

Keçidlər