Şriftin ölçüsü :

Saytın rəngi :

5 fevral 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanında müşavirə keçirildi.

05 fevral 2018 | 11:00

5 fevral 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanında başçının müavinlərinin, aparatın şöbə və sektor müdirlərinin iştirakı ilə, vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə,xüsusilə şikayətlərinə baxılması  ilə bağlı görülmüş işlər,  RİH başçısının aparatında, qəsəbə və sahə icra nümayəndəliklərində, ikili tabeli qurumlarda icra inzibatçılığının gücləndirilməsi, Nazirlər Kabinetinin 2017-ci ilin sosial –iqtisadi inkişafının yekunlar və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə əlaqədar görülən tədbirlər və bu ilin aprel ayında Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan RİH başçısı Xaləddin İsgəndərov RİH başçısı aparatında və tabeli qurumlarda icra inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə icra intizamına əməl olunması sahəsində görülən işlərdən danışdı, müzakirə olunan mövzular ətrafında RİH başçısının müavinlərinin və şöbə müdirlərinin məlumatları dinlənildi.Qeyd edildi ki, RİH başçısının Aparatı və tabeli qurumlarda, yerlərdə vətəndaşların qəbuluna,onların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmalı, əhalini narahat edən problemlərin həllinə yönəlmiş görüşlərin keçirlməsi işi intensiv və mütəmadi xarakter almalıdır.Daha sonra RİH başçısı “Sakinlərin Müraciət Xidməti – 1646”nın yaranmasının 5-ci il dönümü olduğunu bildirdi və bu münaibətlə kollektivə təbrikini çatdırdı. Xaləddin İsgəndərov yarandığı gündən bu günə qədər uğurlu fəaliyyət göstərən “Sakinlərin Müraciət Xidməti – 1646”nın sakinlərdən daxil olan şikayət və problemlərin aradan qaldırılması istiqamətində böyük işlər gördüyünü qeyd edərək, eyni zamanda “Xidmət”in 5 il ərzində statistik göstəricilərini açıqladı.Sonra İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu il aprel ayının 11-də keçiriləcək Prezident seşkilərindən ətraflı bəhs etdi. Natiq prezident seçkilərininin olkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq yerli icra hakimiyyətlərinin də üzərinə mühüm vəzifələr düşdüyünü qeyd etdi və həmin vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıq və tövsiyyələrini verdi. RİH başçısı Xaləddin İsgəndərov  nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün operativ tədbirlərin görülməsinin zəruriliyi vurğulayaraq müşavirəyə yekun vurdu.

Keçidlər