Şriftin ölçüsü :

Saytın rəngi :

“İKT-dən tədris prosesində istifadə təcrübəsi”mövzusunda “İdrak” liseyi tərəfindən hazırlanmış təqdimat mərasimi keçirildi.

07 fevral 2018 | 11:00

07.02.2018-ci il tarixdə 276 nömrəli tam orta məktəbdə  Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr”in yerinə yetirilməsi istiqamətində, Dövlət və özəl təhsil müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində “İKT-dən tədris prosesində istifadə təcrübəsi”mövzusunda “İdrak” liseyi tərəfindən hazırlanmış təqdimat mərasimi keçirildi. Tədbirdə Bakı şəhəri Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, İdrak liseyinin təsisçisi Mönsüm Alışov, Təhsil Şurasının sədri professor Əjdər Ağayev, rayon orta ümumtəhsil məktəblərinin direktorları, müəllim və şagird heyəti iştirak etmişdir. Tədbirdə “İdrak” liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramlarından istifadə etməklə dərs nümunələri təqdim etdilər və bir neçə “Media dərs” nümayiş etdirdilər. Şagirdlərin bu dərslərdən istifadə etmələrini əks etdirən videoçarxlar nümayiş etdirildi.
Sonda tədbirin bədii hissəsində İdark liseyinin və 276 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeir və musiqi nömrələri təqdim edildi.

 

Keçidlər