Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə, xüsusilədə şikayətlərinə baxılması ilə bağlı müşavirə keçirildi

14 fevral 2018 | 11:00

2018-ci il fevralın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İLHAM ƏLİYEVİN həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir” başlıqlı məqaləsindən irəli gələn vəzifələrin icrası ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanında müşavirə keçirilmişdir.Keçirilmiş müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. Müşavirə zamanı RİH başcısının müavinləri İlqar Süleymanovun, Aygün Əliyevanın, Vüsar İsmayılovun və aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun məlumatları dinlənilmişdir.Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək İnzibati və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və rayon ərazisində fəaliyyət göstərən ikili tabeçilikdə olan müəssisələrdə vətəndaşların qəbulu və onların şifahi müraciətlərində qaldırdıqları məsələlərin çevik və adekvat cavablandırılmasına nəzarətin gücləndirilməsi və vətəndaşların müraciətlərinə baxıldığı zaman araşdırma tələb olunan hallarda ən qısa müddət ərzində müraciətlərin araşdırılmasının təmin edilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

Keçidlər