Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri”nin növbəti 12-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində növbəti təcrübə başlayıb.

15 fevral 2018 | 11:00

“ASAN könüllüləri”nin növbəti 12-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb. 15 fevral tarixində “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 12-ci qrupun üzvləri ilə görüş keçirildi. Könüllü gənclər ilk Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə  tanış oldular və onlara Rayon Icra Hakimiyyətinin, eləcə də 1646 –Telefon Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi. Daha sonra könüllülər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə görüşərək öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar.

Keçidlər