Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Gigiyena Epidemiologiya Mərkəzində görüş keçirildi.

16 fevral 2018 | 11:00

Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev tərəfindən Binəqədi Rayon Gigiyena Epidemiologiya Mərkəzində görüş keçirildi.Görüşdə Mərkəzin direktoru Fədai Hacıyev və Mərkəzin əməkdaşları iştirak etmişdir.Görüşdə Binəqədi Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən 2018-ci il ərzində görüləcək işlər və qarşıda duran vəzifələr, həmçinin vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti ətraflı müzakirə olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov görüşdə çıxış edərək ötən 2017-ci il ərzində ölkəmizin sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlarından danışmış  və qeyd etmişdir ki, Mərkəzin əmək kollektivi qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səylə çalışmalıdır. Görüşdə Binəqədi Rayon Gigiyena Epidemiologiya Mərkəzində vətəndaşların müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxıldığı, hər bir müraciətin ayrı-ayrılıqda qanunvericiliyin tələbləri nəzərə alınmaqla ətraflı araşdırıldığı bildirilmişdir.

Keçidlər